Şahin İsmayılovun dairəsində 4 məntəqə ləğv edildi

sahin-ismayilovun-dairesinde-4-menteqe-legv-edildi
Oxunma sayı: 1508

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 81 saylı Beyləqan seçki dairəsindən daxil olan şikayətə baxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu dairədən namizəd Anar Məmmədov şikayətində həmin dairə üzrə səsvermə zamanı pozuntular olduğunu, bunların  videogörüntülərdə əks olunduğunu bildirib və bu dairə üzrə nəticələrin ləğv edilməsini istəyib. 

Səsvermə nəticəsində MSK qərar verib ki, Anar Məmmədovun şikayəti qismən təmin edilsin, həmin dairə üzrə 1, 4, 6, 31 saylı seçki məntəqələrinin nəticələri etibarsız hesab edilərək ləğv edilib.

Qeyd edək ki, bu dairə üzrə lider YAP-ın namizədi, keçmiş deputat Şahin İsmayılovdur. Şikayətçi Anar Məmmədov isə Polis Akademiyasının müəllimidir.