Azərbaycan Kamandan Oxatma Federasiyasında hesabat-seçki konfransı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, konfransda federasiyanın növbəti 4 il üçün prezidenti seçilib.
Qarşıdakı 4 ildə federasiyaya Şahin Mövsümov rəhbərlik edəcək.
Xatırladaq ki, o, 2007-ci ildən quruma başçılıq edir.
Qeyd edək ki, Şahin Mövsümov Prezidentin köməkçisi Şahmar Mövsümovun qardaşıdır.
Fotolar: Pərvin Zeynal
Son xəbərlər
Son Xəbərlər