Şahin Mustafayev Böyük Britaniya səfiri ilə görüşdü

Şahin Mustafayev Böyük Britaniya səfiri ilə görüşdü
Oxunma sayı: 703

İqtisadiyyat naziri Şahin Mustafayev diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri xanım Karol Krofts ilə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycan-Böyük Britaniya əlaqələrinin inkişafında səfirin səmərəli fəaliyyətini qeyd edərək, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Azərbaycan-Böyük Britaniya əlaqələrinin inkişaf etdiyini qeyd edən iqtisadiyyat naziri bildirib ki, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji, ticarət, investisiya, nəqliyyat, kənd təsərrüfatı, kiçik və orta biznes, turizm və s. sahələrdə əməkdaşlıq inkişaf edir. Ölkəmizə 28 milyard dollar sərmayə yatırmış Böyük Britaniya Azərbaycanda ən böyük investordur. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 87% artıb, artım tendensiyası bu il də davam edir. Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən 440-dək Britaniya şirkəti qeydiyyatdan keçib. Ölkələrimiz arasında neft-qaz sahəsində əməkdaşlıq genişdir.

Görüşdə Azərbaycanda həyata keçirilən islahatlar, yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verən İqtisadiyyat naziri Şahin Mustafayev Britaniya şirkətlərini ölkəmizin qeyri-neft sektoruna, nəqliyyat, sənaye, kənd təsərrüfatı, İKT, turizm və s. sahələrə investisiya yatırmağa, sənaye parklarında yaradılmış işgüzar mühitdən yararlanmağa dəvət edib.

Son illərdə Azərbaycanın əldə etdiyi nailiyyətləri qeyd edən edən səfir xanım Karol Krofts ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib. Böyük Britaniyalı səfir ölkəmizdə fəaliyyətindən məmnunluğunu ifadə edib, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün geniş potensialı vurğulayıb.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi