Şahin Mustafayev Həsən Böyükdede ilə görüşdü

Şahin Mustafayev Həsən Böyükdede ilə görüşdü
Oxunma sayı: 414

İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin Elm, Sənaye və Texnologiya nazirinin müavini Həsən Böyükdedenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Qafqazinfo"nun verdiyi məlumata görə, Şahin Mustafayev iqtisadi əlaqələrin inkişafında Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının əlverişli platforma olduğunu diqqətə çatdırıb, bu ilin sentyabrında Bakıda Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın iştirakı ilə Komissiyanın 8-ci iclasının keçirildiyini xatırladıb. Qeyd edilib ki, Komissiyanın iclasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan hərtərəfli Fəaliyyət Planının qəbul edilməsi iqtisadi-ticarət münasibətlərimizin inkişafına, yeni birgə layihələrin reallaşdırılmasına töhfə verəcəkdir.

İqtisadiyyat naziri Azərbaycanda həyata keçirilən islahatlar, ölkədə yaradılmış əlverişli biznes və investisiya mühiti, əldə olunan nailiyyətlər barədə məlumat verib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi