Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - Fotolar

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü
Oxunma sayı: 1327

İranda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Baş nazirinin müavini İran Prezidentinə Prezident İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb, hər iki ölkə rəhbərlərinin iradəsi və diqqəti ilə Azərbaycan-İran əlaqələrin inkişaf etdiyini vurğulayıb.

Görüşdə ölkələr arası faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə layihələrin icrasının davam etdirilməsinin əhəmmiyyəti vurğulanıb.

İran Prezidenti Seyid İbrahim Rəisi İranın Azərbaycanla əlaqələrinin inkişafına xüsusi önəm verdiyini qeyd edərək səmimi salamlarının və İrana dəvətinin Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.