Şahin Mustafayev İrana gedir

sahin-mustafayev-irana-gedir
Oxunma sayı: 1115

İqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 12-14 mart tarixlərində İranda səfərdə olacaq.

İqtisadiyyat Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, səfər çərçivəsində Dövlət Komissiyasının 12-ci iclası, İran rəsmiləri ilə bir sıra görüşlər keçiriləcək, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.