Şahin Mustafayev İranın Baş Qərargah rəisi ilə görüşdü - Foto

sahin-mustafayev-iranin-bas-qerargah-reisi-ile-gorusdu
Oxunma sayı: 1444

İran İslam Respublikasında səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycanın İrandakı səfirliyi məlumat verib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması münasibətilə təbriklərini çatdıran Baqeri İranın Azərbaycanla əlaqələrinin inkişafında hər zaman maraqlı olduğunu bildirib.

Görüşdə Azərbaycan ilə İran arasında dostluq münasibətlərinin xeyli inkişaf etdiyi və yeni mərhələyə qədəm qoyduğu vurğulanaraq, müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin Azərbaycan ilə İran arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə də müsbət əməkdaşlıq təcrübəsi üzrə əlaqələrin daha da inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.