Şahin Mustafayev nazirliyi topladı

sahin-mustafayev-nazirliyi-topladi
Oxunma sayı: 640

Nazirliyin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, İqtisadi İnkişaf Nazirliyinin struktur bölmələrinin, tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında nazirliyin əlaqələndirici olduğu yoxsulluğun azaldılması və davamlı inkişaf, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icra vəziyyəti, istehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunması istiqamətində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər və s. məsələlər müzakirə edilib.

Nazirliyin aidiyyəti qurumlarının rəhbərləri kollegiyanın gündəliyindəki məsələlərlə bağlı hesabat məruzələri ilə çıxış ediblər. Sonra məsələlər ətrafında müzakirələr aparılıb.

İclası yekunlaşdıran iqtisadi inkişaf naziri, Kollegiyanın sədri Şahin Mustafayev müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində konkret tapşırıqlar verib.

Kollegiya iclasında "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulanın tədbirlərin, əlaqələndirmə işlərinin vaxtında və keyfiyyətli icrasına dair tədbirlər planının hazırlanması və İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlərin təqdimatının təşkili barədə qərar qəbul edilib.

Kollegiya iclasında həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin 19 iyun 2012-ci il tarixli sərəncamla təltif olunmuş bir qrup əməkdaşına "Dövlət qulluğunda fənqlənməyə görə" medalı və vəsiqəsi təqdim edilib.