“Qafqazinfo”nun Azərtac-a istinadən məlumatına görə, Ş.Mustafayev konfrans çərçivəsində Misir Ərəb Respublikasının xarici işlər naziri Sameh Şukri ilə görüş keçirib. Görüş zamanı ikitərəfli münasibətlərin səviyyəsindən danışılaraq, bu əlaqələrin inkişafı və gücləndirilməsi üçün hər iki tərəfdə siyasi iradənin və mövcud potensialın olduğu vurğulanıb.
Görüş zamanı həmçinin Azərbaycan və Misir arasında müştərək iqtisadi komissiyanın növbəti iclasının cari ilin sonlarında keçiriləcəyi bildirilib, sözügedən komissiyanın iki ölkə arasındakı iqtisadi əlaqələrin inkişafı üçün xüsusi önəm daşıdığı vurğulanıb.
Görüşün sonunda Şahin Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə ünvanladığı məktubu Misirin xarici işlər naziri Sameh Şukriyə təqdim edib.
Son xəbərlər
Son Xəbərlər