Şahin Mustafayev yenidən federasiya prezidenti seçildi

sahin-mustafayev-yeniden-federasiya-prezidenti-secildi
Oxunma sayı: 2265

Bu gün Azərbaycan Stolüstü Tennis Federasiyasının ümumi yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə nazir Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Sonra Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat xarakterli çıxış edib. Daha sonra yeni seçkilər keçirilib və Şahin Mustafayev yenidən federasiyanın prezidenti seçilib.

Yığıncaqda, həmçinin, Səbuhi Mehdizadə və Elmar İslam federasiyanın vitse-prezidentləri, Xəyalə Quşxani, Zərif Süleymanova, Mixail Timofeyev və Fərhad İsmayılov İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Tədbirdən sonra federasiya prezidenti Şahin Mustafayev jurnalistlərin suallarını cavablandırıb.