Şahin Sultanov 7 min rüşvət almaqda ittiham olunur- - Yenilənib+Foto

sahin-sultanov-7-min-rusvet-almaqda-ittiham-olunur-
Oxunma sayı: 3416


"Qafqazinfo" xəbər verir ki, vəkili Adəm Məmmədov çıxış edərək müdafiə etdiyi şəxsin Qarabağ döyüşlərində könüllü şəkildə iştirak etdiyini vurğulayıb:

 “Yəqin ki, ölkə ictimaiyyətinin Şahin Sultanovun könüllü şəkildə rəhbərıik etdiyi briqadanın şəxsi heyəti ilə Qarabağ uğrunda gedən döyüşlərdə iştirakından xəbəri yoxdur”. 

Vəkil Ş.Sultanova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham olunduğunu vurğulayıb: “ Bu maddədə “Külli miqdarda mənimsəmə” dedikdə 7 min manat və daha çox məbləğ nəzərdə tutulur. Şahin Sultanova da guya 7-8 min manat verildiyi iddia olunur. İndi isə ona qarşı ittihamın necə irəli sürüldüyün açıqlayıram. Təqsirləndirilən şəxs Elxan Hacıyev həbsindən 3 ay sonra vəkilindən imtina edib və öz əleyhinə sərbəst ifadə verib. Bu zaman o, ifadəsində Şahin Sultanova xidməti otağında 8 min manat pul verdiyini bildirib. Lakin üzləşmə istintaq hərəkətində həmin məbləğin 7 min manat olduğunu göstərib. Göründüyü kimi sərbəst ifadə ilə üzləşmə ifadəsi arasında ziddiyyətlər var. Sultanova qarşı verilən ziddiyyətli ifadə onun günahsız olduğunu bir daha sübut edir”. 

A.Məmmədov Şahin Sultanovun ailəsi adından prezidentə müraciət edib: “Ailəsi adından prezidentdən bu məsələ ilə maraqlanmağını, İlham Əliyevə daim sadiq qalmış Qarabağ müharibəsi veteranı Şahin Sultanov haqqında açılmış cinayət işi ilə maraqlanmasını xahiş edirik”.

***

Şahin Sultanovun dostu memar Rasim Babakişiyev də çıxışında dostunun daima adını qoruyan şəxs olduğunu bildirib:

“Ulu öndər Heydər Əliyev etimad göstərərək onu bu vəzifəyə qoyub. Düşünürəm ki generalları bu şəkildə həbs etmək olmaz. Generalı dövlət başçısı təyin edir. Dövlət başçısının təyin etdiyi adamı belə xırda yalanla tutmaq düzgün deyil”.

***

Şahin Sultanovun həyat yoldaşı İradə Sultanova yoldaşının həbsi ilə bağlı “AzərEnerji” ASC-nin prezidneti Etibar Piriverdiyevə zəng etməyindən danışıb. O, bunu Şahin Sultanovun Etibar Piriverdiyevlə tanış olmağı ilə izah edib: “Görürdüm ki, söküntülərdə bir yerdə iştirak edirlər. Bu vəziyyətdə adam tanıdıqlarına zəng edir ki, siz bir yerdə olmusuz. Mənim yoldaşımın bu işlə bağlılığı yoxdur. Öz yoldaşımla fəxr edirəm . Çox xoşbəxt qadınam"

Səidə