“Qafqazinfo” xəbər verir ki, məlumatı “Azadlıq” qəzetinə təcridxanada saxlanılan şəxslərdən birinin vəkili verib. Vəkil bildirib ki, Şahin Sultanov ilk gündən Ilham Mirzəyevin saxlanıldığı kameraya salınıb. Ilham Mirzəyev Şahin Sultanovdan az əvvəl həbs edilib. Aparıcı dələduzluqda ittiham olunur.
Şahin Sultanov aprelin 23-də tutulub. Ş.Sultanov Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılıb. O, Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.
Son xəbərlər
Son Xəbərlər