Ötən ay Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilən Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, vitse-admiral Şahin Sultanovun həbs olunması ilə bağlı redaksiyamıza məlumat daxil olub.“Qafqazinfo” xəbər verir ki, eks-komandan Şahin Sultanovun dünən saxlanıldığı bildirilir.
Qeyd edək ki, Şahin Sultanov ordudan xidməti uyğunsuzluğa görə tərxis olunub.
Xatırladaq ki, Zakir Həsənov Müdafiə naziri postuna təyin olunduqdan sonra HDQ-da daxili yoxlamalar aparılıb və ciddi nöqsanlar aşkar olunmuşdu.
***
Bu barədə günün sonunda apa da xəbər yayıb. Məlumata görə, Ş. Sultanov Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılıb.
O, Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.
Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov Bakı Hərbi Məhkəməsinə aparılıb.
Yaxınlarının apa-ya verdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində prokurorluğun Ş. Sultanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə vəsatətinə baxılacaq.
Son xəbərlər
Son Xəbərlər