Şahinin vəziyyəti daha da ağırlaşdı - Süni nəfəs aparatına qoşulub

sahinin-veziyyeti-daha-da-agirlasdi
Oxunma sayı: 3420

Xərçəngə yoluxan rejissor Şahin Zəkizadənin səhhəti yenidən pisləşib.

Qafqazinfo” xəbər verir ki, artıq Ş. Zəkizadə süni nəfəs aparatına qoşulub.

Rejissorun xanımı Səbinə Zəkizadə açıqlamasında Şahinin vəziyyətinin daha da ağırlaşdığını söyləyib:

“Şahinin vəziyyəti dünəndən etibarən daha da ağırlaşıb. Özü nəfəs ala bilmir. Süni nəfəs alma aparatına qoşuldu”.