Şahlıq kəndinin sakinləri “Açıq mikrofon”da

sahliq-kendinin-sakinleri-aciq-mikrofonda
Oxunma sayı: 1255

Həftənin sonuncu “Səyyar qəbul otağı” Ucar rayonunun Şahlıq kəndində təşkil olunub. 

“Qafqazinfo” xəbər verir ki, aksiyaya qatılan 15-ə yaxın sakindən 5-i mikrofon önünə çıxaraq müraciətlərini ünvanlayıb. Müraciətlərə gəlincə isə bunlar fərdi yaşayış evinin qazlaşdırılması və qapı keçidinin quraşdırılmasından ibarət olub.

Ağsu RQİİ-nin rəhbər şəxsləri vətəndaşların müraciətləri ilə bağlı ətraflı məlumat verdikdən sonra aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyat aparıblar.