Şahmat üzrə Avropa çempionatı təxirə salındı

sahmat-uzre-avropa-cempionati-texire-salindi
Oxunma sayı: 711

Şahmat üzrə Avropa çempionatı dünyada geniş vüsət alan koronavirus pandemiyasına görə təxirə salınıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Avropa Şahmat İttifaqının Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 18-29 may tarixlərində Sloveniyada keçirilməsi planlaşdırılan yarış 8-21 dekabr tarixlərində baş tutacaq:

“Pandemiya və fors-major vəziyyətlə əlaqədar olaraq, Sloveniya Şahmat Federasiyası və Avropa Şahmat İttifaqı Avropa çempionatını 8-21 dekabr 2020-ci il tarixinə təxirə salmaq qərarına gəldi. Məkan eyni olaraq qalır”.