Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatının qalibi o oldu

Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatının qalibi o oldu
Oxunma sayı: 1857

Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışın lideri Gövhər Beydullayeva hesabat turunda Xəyallə Abdullanı məğlub etməklə 5 xal toplayıb və karyerasında ilk dəfə qadınlar arasında Azərbaycan çempionu olub.

Turnirin sürpriz iştirakçısı Ləman Hacıyeva bu dəfə ağ fiqurlarla Türkan Məmmədyarovanı üstələyib.

 Nəticədə Ləman Hacıyeva 4,5 xalla karyerasında ilk dəfə çempionatın mükafatçısı olub, L.Hacıyeva isə gümüş medala sahib çıxıb.

Ülviyyə Fətəliyeva qara fiqurlarla Xanım Balacayevanı məğlub edib. Yekun sıralamada 4 xalla Ülviyyə Fətəliyeva yarışı üçüncü pillədə başa vurub.

Son turda Ayan Allahverdiyevanı üstələyən ötən ilin çempionu Gülnar Məmmədova bu dəfə yarışda 4-cü olub.

Qeyd edək ki, dairəvi sistem üzrə yeddi turdan ibarət çempionatın mükafat fondu 11 400 manat təşkil edib. Qalib 4000 manat pul mükafatı əldə edib.