Şahmatçılarımız beynəlxalq festivalda “sülh”ə razılaşdı

sahmatcilarimiz-beynelxalq-festivalda-sulhe-razilasdi
Oxunma sayı: 917

Cəbəllütariqdə keçirilən beynəlxalq şahmat festivalının “Masters” turnirinin dördüncü turunun oyunlarını Azərbaycan təmsilçiləri heç-heçə ilə başa vurublar.

"Qafqazinfo" xəbər verir ki, Şəhriyar Məmmədyarov argentinalı Leandro Krysa, Vasif Durarbəyli italiyalı Pier Luigi Basso ilə “sülh”ə razılaşıblar. Dörd turdan sonra V.Durarbəyli 3,5 xalla dördüncü, Ş.Məmmədyarov 3 xalla 12-ci pillədədirlər.

“Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı qatılıb. Onlardan 116-sı qrossmeysterdir.