Şahmatçımız 2-ci oldu

sahmatcimiz-2-ci-oldu
Oxunma sayı: 1103

Yanvarın 27-də Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərində şahmatın blits növü üzrə keçirilən turnirdə Azərbaycan şahmatçısı uğurla çıxış edib.

"Qafqazinfo" xəbər verir ki, təmsilçimiz Qədir Hüseynov 9 turdan 6,5 xal toplayaraq ikinci yeri tutub.

Turnirin qalibi 7 xalla polşalı şahmatçı Katsper Pyerun olub. Üçüncü yerdə isə 6 xalla Rusiya təmsilçisi Danila Pavlov qərarlaşıb.