Şahmatçımız səkkizinci oldu

sahmatcimiz-sekkizinci-oldu
Oxunma sayı: 1080

İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq şahmat turniri başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu gün keçirilən 9-cu - son turda Azərbaycan təmsilçilərinin hər üçü - Məhəmməd Muradlı, Eltac Səfərli və Aydın Süleymanlı rəqibləri ilə heç-heçə ediblər.

Şahmatçılarımızdan ən yaxşı nəticəni M.Muradlı əldə edib. Belə ki, liderdən cəmi yarım xal geri qalan şahmatçımız 6,5 xalla 8-ci yerdə qərarlaşıb. Digər təmsilçilərimiz – E.Səfərli 6 xalla 14-cü, A.Süleymanlı 5,5 xalla 34-cü olublar.

Turnir İsveçrə sistemi üzrə keçirilib.