Şahnaz Bəylərqızı və Şəmşad Ağa barədə həbs qərarı verildi - Yenilənib

sahnaz-beylerqizi-ve-semsad-aga-barede-hebs-qerari-verildi
Oxunma sayı: 6322

“Toplum TV” işi üzrə saxlanılan jurnalist Şahnaz Bəylərqızı məhkəməyə çıxarılıb.

“Qafqazinfo”nun məlumatına görə, istintaq orqanının təqdimatına Xətai Rayon Məhkəməsində baxılıb.

Qərara əsasən, Ş.Bəylərqızı barəsində 3 ay 15 gün həbs qətimkan tədbiri seçilib.

Jurnalist qaçaqmalçılıqda ittiham edilir.

***

Şəmşad Ağa barəsində isə 2 ay 1 gün həbs qətimkan tədbiri seçilib.

Sail Ağasəlim