Şahruddin əməliyyat olunacaq, Abbas üçün mövsüm bitdi

sahruddin-emeliyyat-olunacaq-abbas-ucun-movsum-bitdi
Oxunma sayı: 3028

“Qarabağ”ın zədələnən futbolçuları Şahruddin Məhəmmədəliyev və Abbas Hüseynovun son durumu bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, Ş.Məhəmmədəliyevin yaxın günlərdə əməliyyat ediləcəyi gözlənilir. Qolkiper 2 aya yaxın meydana çıxa bilməyəcək.

Həmçinin oxuyun: Банк Республика открыл свой очередной филиал в “Бакинском Доме МСБ”

“AccessBank ждет большое будущее” - Вернер Клаес

“Qarabağ”ın zədələnən digər futbolçusu Abbas Hüseynov da əməliyyat olunacaq. O, 6 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev və Abbas Hüseynov  “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə görüşünü buraxacaq.