Şahruddin məşqlərə başladı - Foto

sahruddin-mesqlere-basladi
Oxunma sayı: 2312

“Qarabağ” və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev müalicəsini başa vurub.

“Qafqazinfo” xəbər verir ki, qolkiper artıq fərdi məşqlərə də başlayıb.

“Qarabağ”ın qış hazırlıq dövründə qolu sınan Məhəmmədəliyev əməliyyat edilmişdi. Onun iki aya yaşıl meydanlara qayıdacağı bildirilirdi.

Məlumata görə, Şahruddin minimum üç həftədən sonra kollektivlə məşqlərini bərpa edəcək.