Şahruddin Türkiyə klubu ilə sağollaşdı

sahruddin-turkiye-klubu-ile-sagollasdi
Oxunma sayı: 3682

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandası ilə sağollaşıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qapıçı özü sosial media hesabında paylaşım edib.

30 yaşlı qolkiper fotosunu paylaşaraq, - “Hər şey üçün təşəkkürlər, Adana”, - şərhini yazıb.

Qeyd edək ki, futbolçu ötən ilin yayında “Qarabağ”dan Adana təmsilçisinə keçib. Ş. Məhəmmədəliyev bu komandanın heyətində 25 matçda 40 qol buraxıb.