Şahzadə ailəsi Alp dağlarında istirahətdə - Fotolar

sahzade-ailesi-alp-daglarinda-istirahetde
Oxunma sayı: 4505

Böyük Britaniya şahzadəsi Uilyam və həyat yoldaşı, Kembric hersoginyası Keyt Midlton beynəlxalq alpinizm, dağ xizək idmanı və turizm regionuna görə məşhur olan Alp dağlarında istirahətə gedib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, cütlük övladları - 2 yaşlı Corc və 10 aylıq Şarlottanı da özləri ilə istirahətə aparıb.

Şahzadə ailəsi xizək sürüb, uşaqları ilə əyləncəli vaxt keçirib, üstəlik fotosessiya da edib.