Şahzadə Dianaya məxsus maşın hərracda 52 min funt sterlinqə (72 min dollar) satılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, söhbət “Ford Escort Ghia” markalı avtomobildən gedir.
Maşın 1981-ci ildə Şahzadə Dianaya nişan hədiyyəsi olaraq verilib.
Alıcının kimliyi açıqlanmır.
Avtomobildə bacısı Leydi Sara Spenser tərəfindən şahzadəyə hədiyyə olaraq verilmiş gümüş qurbağa maskotu var.
Qeyd edək ki, şahzadə avtomobili 1982-ci ilin avqust ayına qədər istifadə edib.





Son xəbərlər
Son Xəbərlər