Şahzadə Diananın sevimli avtomobili hərraca çıxarılır

Şahzadə Diananın sevimli avtomobili hərraca çıxarılır
Oxunma sayı: 2702

Şahzadə Diananın “Ford Escort” markalı avtomobili yaxın günlərdə “Silverstone Auctions” tərəfindən hərraca çıxarılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “New York Post” yazıb.

Şahzadə həmin avtomobili cəmi üç il (1985-ci ildən 1988-ci ilə qədər) sürüb. Belə ki, kral mühafizə xidməti onun təhlükəsizliyini təmin edəcək daha bahalı avtomobil modelinə keçməsinə məcbur edib.

Diananın hər zaman daha bahalı avtomobillər sürməsinə baxmayaraq, hərrac nümayəndələri “Ford Escort”un daha qiymətli model olduğunu və oxşar modellərdən üç dəfə baha qiymətə satılacağını bildiriblər.

“Silverstone Auctions”da klassik avtomobillər üzrə mütəxəssis Arvel Riçards qeyd edib ki, maşın 100.000 dollara satılsa, təəccüblənməyəcək.

Hərrac avqustun 27-də baş tutacaq.