Şahzadə Filipin dəfninin necə keçiriləcəyi açıqlandı

sahzade-filipin-defninin-nece-kecirileceyi-aciqlandi
Oxunma sayı: 2853

Böyük Britaniya kraliçası II Yelizavetanın əri şahzadə II Filipin dəfn mərasimi ictimaiyyətə açıq formada yox, koronavirus pandemiyası səbəbindən Vindzor qəsrində məhdud sayda insanların iştirakı ilə keçiriləcək.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Hərbi Kollecinin məlumatında deyilir. Bildirilir ki, bu qərar şahzadə II Filipin ölümündən qabaq öz istəyi ilə qəbul edilib. İctimaiyyət nümayəndələri dəfn mərasiminə buraxılmayacaq.

Dəfnin tarixi barədə məlumat daha sonra veriləcək.

Qeyd edək ki, şahzadə II Filip bu gün 100 yaşında dünyasını dəyişib. Britaniyada milli matəm 8 gün kral ailəsində isə 30 gün davam edəcək. 30 gün sonra kraliça vəzifəsinin icrasına davam edəcək.