Şahzadə Harri atasının tacqoyma mərasimində iştirak edəcək

sahzade-harri-atasinin-tacqoyma-merasiminde-istirak-edecek
Oxunma sayı: 1487

Şahzadə Harrinin mayın 6-da Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimində iştirak edəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Bukinqem sarayı açıqlama yayıb.

Açıqlamada Harrinin həyat yoldaşı Meqan Marklın uşaqları ilə birlikdə Kaliforniyada qalacağı qeyd olunub.

Qeyd edək ki, daha öncə Böyük Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Marklın Kral III Çarlzın tacqoyma mərasimində iştirak etməyəcəyi bildirilmişdi.