Şahzadə Harri “Taliban”ın 25 üzvünü məhv etdiyini etiraf etdi

sahzade-harri-talibanin-25-uzvunu-mehv-etdiyini-etiraf-etdi
Oxunma sayı: 3112

Böyük Britaniya şahzadəsi Harri Əfqanıstanda hərbi xidmətdə olarkən “Taliban” terror qruplaşmasının 25 iştirakçısını zərərsizləşdirdiyini etiraf edib.

“Qafqazinfo” “Sky News” telekanalına istinadən xəbər verir ki, bu barədə şahzadənin yanvarın 10-u işıq üzü görəcək “Spare” adlı memuarlarında qeyd olunub.

Harrinin sözlərinə görə, o, bundan məmnun olmasa da, utanc hissi də keçirməyib.

Həmçinin oxuyun: Актёры из "Ромео и Джульетта" подали в суд на Paramount Pictures

Qeyd edək ki, şahzadə Harri 2005-ci ildən 2015-ci ilə qədər orduda xidmət edib və mayor rütbəsi ilə ehtiyata çıxıb. Harri 2008 və 2012-ci ildə Əfqanıstan ərazisində döyüş əməliyyatlarında iştirak edib.