“Şahzadə Harri və Meqan terror və qəddarlıq aktlarına qarşı çıxır”

sahzade-harri-ve-meqan-terror-ve-qeddarliq-aktlarina-qarsi-cixir
Oxunma sayı: 1673

Böyük Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl İsraildə baş verənlərlə bağlı açıqlama yayıblar.

“Qafqazinfo” xəbər verir ki, açıqlamanın mətni onların təsis etdiyi “Archewell” fondunun saytında dərc olunub.

“Şahzadə Harri və Meqan, Susseks hersoqu və hersoginyası da daxil olmaqla “Archewell” fondu terror və qəddarlıq aktlarına qarşı çıxır. Lazım olan təcili yardımı göstərmək və bu dəhşətli insan əzabının bütün günahsız qurbanlarına dəstək olmaq üçün İsraildə cəbhə xəttindəki tərəfdaşlarımızı və təşkilatlarımızı dəstəkləyirik”.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub.