Belçika şahzadəsi Laurent şahzadə olmaqdan yorulduğunu bəyan edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 52 yaşlı Laurent şahzadə Klerlə evlidir, üç usağı var, hərbi-dəniz donanmasının yüksək vəzifəli zabitidir və dövlətdən hər il 342 min dollar təqaüd alsa da, həyatından məmnun deyil.
Şahzadə bildirib ki, xeyriyyə işləri ilə əlaqəli statusunun ona verdiyi imkanları qiymətləndirir. Bununla yanaşı, şahzadə etiraf edir ki, bəzən kral həyatından yorulur: “Siz necə şahzadə olmaq lazım gəldiyini oxuya bilməzsiniz, bunu hiss etməlisiniz”.

Son xəbərlər
Son Xəbərlər