Şahzadə qalmaqaldan sonra daha kral ailəsini təmsil etməyəcək

sahzade-qalmaqaldan-sonra-daha-kral-ailesini-temsil-etmeyecek
Oxunma sayı: 1740

Kraliça II Yelizavetanın oğlu şahzadə Endryu yetkinlik yaşına çatmayan maliyyəçi-pedofil Ceffri Epşteynlə alış-veriş qalmaqalından sonra qərar qəbul edib.

“Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir ki, şahzadə bundan sonra ictimai və sosail tədbirlərdə bundan sonra kral ailəsini təmsil etməyəcəyini açıqlayıb. O həmçinin, bildirib ki, adının hallandığı qalmaqalın araşdırılması üçün istənilən dövlət orqanına yardım etməyə hazırdır.

Endryu kral ailəsinin rəsmi üzvü kimi vəzifələrindən kraliçanın icazəsi ilə imtina edib.

Qeyd edək ki, bundan əvvəl şahzadə Endryu Ceffri ilə 1999-cu ildən tanış olduğunu və hərdən onunla görüşdüyünü, ancaq onun hər hansı cinayət əməlindən xəbərinin olmadığını demişdi. Virciniya Cuffre adlı şahid isə Epşteynin şahzadə ilə əlaqəsi olduğunu söyləmişdi. Endryu isə deyilənləri qətiyyətlə rədd etmişdi.