Böyük Britaniya şahzadəsi Uilyamın “The Sun” qəzetindən pul aldığı iddia edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şahzadə qəzeti bir müddət öncə şəxsi həyatına dair məlumatları yaymaqda günahlandırdığı üçün məhkəməyə verib.
Qəzetin şahzadənin həyatına dair qeyri-qanuni məlumat əldə etməsi ilə bağlı sənədlər məhkəməyə təqdim edilib.
Bundan başqa təqdim edilən digər sənədlərdə Britaniyanın vəliəhd şahzadəsi Uilyamla bağlı iddialar öz əksini tapıb.
Həmin sənədlərdən məlum olub ki, şahzadə qəzetdən külli miqdarda pul alaraq şikayətini dayandırıb.
Lakin məsələ ilə bağlı kral ailəsindən rəsmi cavab gəlməyib.
Son xəbərlər
Son Xəbərlər