Şahzadə toydan 1 gün qabaq eks-sevgilisinə zəng vurub

sahzade-toydan-1-gun-qabaq-eks-sevgilisine-zeng-vurub
Oxunma sayı: 2626

Son günlər dünya gündəminin ən çox müzakirə edilən mövzulardan olan kral ailəsinin toyu ilə bağlı hər ötən gün maralı detallar məlum olur.

“Qafqazinfo” xəbər verir ki, İngiltərə mətbuatının yazdığına görə, şəhzadə Harry toydan bir gün qabaq ilk sevgilisi  Chelsi Daviyə zəng vuraraq onunla sağollaşıb. 7 il sevgili olmuş ikilinin söhbəti xeyli hüznlü olub. Chelsinin yaxını mətbuata açıqlamasında, onun gözyaşlarını tuta bilmədiyini və söhbətdən sonra toya getmək istəmədiyini deyib. 

Ancaq yenə də özündə güc toplayan Chelsi həm nikaha, həm də nahar yeməyinə qatılıb. Nikah zamanı eks-sevgilisinə həsrətlə baxan xanımın kədərli siması medianın diqqətindən yayınmayıb. 

Qeyd edək ki, cütlük 2004-2011-ci illərdə birlikdə olub, sonra isə birdəfəlik yollarını ayırıb. 

Məlumat üçün onu da bildirək ki, şəhzadənin bir müddət sevgili olduğu Cressida Bonas da toya dəvətlilər siyahısında olub. Chelsidən fərqli olaraq, Cressida xoş əhval-ruhiyyəsi ilə yadda qalıb.