“Spice girls” qrupunun keçmiş solisti, dizayner Viktoriya Bekhem “Britaniya imperiyasının məmuru” ordeni ilə təltif olunub.
“Qafqazinfo” “Tatler.ru”ya istinadən xəbər verir ki, təntənəli mükafatlandırma mərasimi Bukinqem sarayında keçirilib.
Şahzadə Uilyam 43 yaşlı Viktoriyaya ordeni təqdim edib.
Mərasimdə dizaynerin həyat yoldaşı Devid Bekhem və valideynləri iştirak edib.
Qeyd edək ki, D. Bekhem də 13 il öncə şahzadə II Yelizaveta tərəfindən bu ordenlə mükafatlandırılıb.


Son xəbərlər
Son Xəbərlər