Şahzadə vəfat etdi

sahzade-vefat-etdi
Oxunma sayı: 647

Səudiyyə Ərəbistanı şahzadəsi Əbdürrəhman bin Əbdüləziz Al Suud vəfat edib.

“Qafqazinfo” xəbər verir ki,  bu barədə ölkənin rəsmi xəbər agentliyi SPA məlumat yayıb.

Məlumata əsasən kral Salman bin Əbdüləziz Al Suudun qardaşı Əbdüləzizin 86 yaşında dünyasını dəyişdiyi açıqlanıb. 

ABŞ-ın San Dieqo şəhərində hərbi təhsil alan Əbdüləziz sonra Kaliforniya Universitetinin İqtisad Fakültəsində də oxuyub.

O, 1983-2011 illəri arasında Müdafiə və Aviasiya Nazirinin Müavini vəzifəsini icra edib.