Britaniya şahzadəsi Uilyamla Kembric hersoginyası Keyt Middltonun korteji 83 yaşlı qadını vurub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə London yolunda baş verib. 83 yaşlı İren Meyor kortejə daxil olan motosikletlə vurulub. Sürücü yol-hərəkəti qaydasını pozaraq piyada zolağına keçib. Xəstəxanaya aparılan qadının vəziyyəti ağırdır. Bildirilir ki, Uilyamla Keyt hadisə barədə saraya qayıtdıqdan sonra xəbər tutublar.
Onlar Meyora gül dəstəsi göndərərək onu xəstəxanada ziyarət etmək istəklərini çatdırıblar.
Son xəbərlər
Son Xəbərlər