Şahzadənin Nepal sərgüzəştləri - Fotolar

sahzadenin-nepal-serguzestleri
Oxunma sayı: 3506

Böyük Britaniya şahzadəsi Harri Nepala səfər edib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, 5 gündür Nepalda səfərdə olan şahzadə yalnız hökumət başçıları ilə deyil, eyni zamanda yerli xalqla da görüşüb. O, sakinlərlə birlikdə nahar edib, onlarla söhbət edib, əyləncəli vaxt keçirib.

Harriyə xüsusi baş geyimi, şərf bağışlanıb ki, bu da yalnız fəxri qonaqlara hədiyyə olunur.

Şahzadənin səmimi davranışları Nepal xalqında böyük məmnunluq yaradıb.