Uels şahzadəsi Keyt Middlton aylar sonra ənənəvi görüşlərinə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, o, həyat yoldaşı, şahzadə Uilyamla birlikdə təcili tibbi yardım xidmətinin əməkdaşlarına baş çəkib.
Ziyarət çərçivəsində lentə alınan fotolarda onun üzünün əvvəlkitək güldüyü diqqətdən qaçmayıb.
Xatırladaq ki, 42 yaşlı şahzadə bir müddət öncə onkoloji xəstəlik səbəbindən əməliyyat olunduğunu açıqlamışdı.