Şair Saday Şəkərli azadlığa buraxıla bilər

sair-saday-sekerli-azadliga-buraxila-biler
Oxunma sayı: 2099

Hədə-qorxu gəlməklə pul tələb etməkdə təqsirləndirilərək 5 il müddətinə azadlıqdan məhrum edilən şair Saday Şəkərli məhkəməyə müraciət edib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, S.Şəkərli məhkəməyə müraciət edərək səhhətinə və ailəsinin vəziyyətinə görə vaxtından əvvəl azadlığa buraxılmasını istəyib. Onun müraciətinə Nizami rayon Məhkəməsində baxılacaq. S.Şəkərli 5 illik cəzasının 2 ilini tamamlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilən S.Şəkərlinin cəzasını apellyasiya instansiya 5 ilə endirib.

Rəsmi məlumata görə, Bakı şəhər sakini Saday Şəkərov (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə keçmiş vergilər naziri Fazil Məmmədovun müşaviri Asif Cahangirov haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov məhkəmənin qərarı həbs olunub. O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Murad Əhməd