Şairin oğlunun da meyiti tapıldı - Yenilənib

sairin-oglunun-da-meyiti-tapildi
Oxunma sayı: 5678

Ötən gün Sumqayıtda dənizdə batan iki nəfərdən birinin cəsədi tapılıb.  

“Qafqazinfo” xəbər verir ki,  Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  Bildirilib ki, dənizdə (nəzarətsiz ərazidə) batan 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. 

Eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun axtarışları davam etdirilir. 

Əlavə məlumat veriləcək.

***

İyulun 30-da Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazidə) batan 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun meyiti saat 17:00-da Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə "Qafqazinfo"ya FHN-dən bildirilib.

Qeyd edək ki, 15 yaşlı Pərviz tanınmış şair Şaiq Vəlinin oğludur