“Qafqazinfo”ya daxil olan müraciətdə bildirilir ki, Sabunçu rayonu Balaxanı qəsəbəsinin yollarının bərbad, keçilməz olması səbəbindən aidiyyatı qurumlara dəfələrlə müraciət edilib. Eyni zamanda KİV-də dəfələrlə qəsəbənin problemləri ilə bağlı informasiyalar verilib. Amma bütün baxmayaraq problemlər hələ də həll olunmayıb. Bu vəziyyət isə qəsəbədə sosial partlayışa səbəb olan hallara gətirib çıxarmaqdadır.
Qəsəbə sakinləri inanırlar ki, qəsəbənin problemləri prezidentə olduğu kimi çatdırılmır, Əgər çatdırılsaydı, problemlərimiz köklü şəkildə həll edilərdi.
Problemlərimizin həll edilməsi üçün sizi Balaxanı qəsəbəsinə dəvət edirik . Qəsəbəyə gəlsəniz şərhsiz siz hər bir problemi görəcəksiniz”.