Sakinlər aksiya keçirib - Video

sakinler-aksiya-kecirib
Oxunma sayı: 789

Bakı şəhəri, Səməd Vurğun küçəsi ev 138, 140 ünvanında yerləşən binanın sakinləri Nərimanov Rayon İcra Hakimiyyətinin önündə bir araya gəliblər.

“Qafqazinfo” Yenicag.az-a istinadən xəbər verir ki, sakinlər sözügedən binanı inşa edən “MARS MTK” şirkətinin yaşayış binasına komunal xidmətləri göstərmək üçün müqavilə bağladığı “Xəzər – Servis” MMC-nin rəhbəri Rəhim Sultanovdan şikayətçidirlər.Sakinlər dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, nə Rəhim Sulatnovla bağlı ölçü götürülüb, nə də vətəndaşların problemləri həll olunub.

Onları icra hakiminin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin rəhbəri Hüseyn Cəfərov qəbul edib. Görüşdən sonra vətəndaşlar Bakı Şəhər İcra Hakimiyyətinə üz tutublar.

Etiraz aksiyası ilə bağlı hazırladığı videoreportajı təqdim edirik: