Sakinlər icra başçısından prezidentə şikayət etdilər- - Fotolar

sakinler-icra-bascisindan-prezidente-sikayet-etdiler-
Oxunma sayı: 2387


"Qafqazinfo"ya müraciət edən sakinlər torpaqların bütün qanuni sənədlərinin olduğunu bildiriblər: "Göyçay rayon İcra Hakimıyyəti  başçısı Mənsur Məmmədov bizim qanunu əmlak pay torpaqlarımıza əl qoyub deyə mülkiyyətimizdən qanunsuz olaraq məhrum edilmişik. Beləki kənd ərazisində 1998- ci il tarixdə hamı kimi bizə də əmlak pay torpaqları verildi. Bütün qanunu sənədlərimiz var. Ancaq sonradan bizim qanunu pay torpaqlarımız Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyevin, onun qardaşı kənd  icra nümayəndəsi Fərhad Nəbiyevin təşəbbüsü ilə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin sədri Nofəl Fərzəliyevin saxta sənədləri əsasında ,başqa şəxslərə satılıb. Bütün bunların başında başçı Mənsur Məmmədovun dayandığı artıq sübut olunub. 

Qanunu torpaqlarımıza sahib olmaq üçün məhkəmədə qaldırdığımız iddialar təmin olunub, hətta Ali Məhkəmənin 06 .09.2012-ci il tarixli 2(102)-2617/2012 saylı Qərarının icrasına rayon rəhbəri Mənsur Məmmədov icazə vermir. İcra başçısı şəxsən deyirki, Ali Məhkəmənin yox ,mənim razılığım olmalıdır.

Mənsur Məmmədov İcra başçısı vəzifəsinə təyin olunandan rayon sakinləri zəlil olublar . Çoxlu sayda  kənd sakinləri analoji qanunsuzluqla  saxtakarlıqla üzləşib. Kənd sakinləri  bu özbaşınalığa görə torpaqlarını əkib-becərə bilmədiyi üçün yoxsul vəziyyətə düşüb. Biz bir qurup kənd sakini sözümüzü şəxsən prezidentə çatdırmaq üçün ayın 11-də Bakıya Prezident Administrasiyasına qəbula gedəcəyik . İnanırıq ki, prezident İlham Əliyev şəxsən bu qanunsuzluğu araşdırıb tədbir görəcək. 

Mətbuat vasitəsi ilə İlham Əliyevə müraciət edirik. Cənab Prezident xahiş edirik bizim əmlak pay torpaqlarımızın özümüzə qaytarılmasına ,məhkəmə qərarının icra edilməsinə köməklik göstərəsiniz ,saxtakarlıqla, qanunsuzluqla məşğul olan icra başçısı Mənsur Məmmədovun barəsində tədbirlər görəsiniz.Ümüdümüz ancaq Sizədir".

Qeyd edək ki, müraciəti kənd sakinləri Quliyev Əlsafa, Feyzullayev Zülfü, Adgözəlov Qurban, Quliyev Nahid imzalayıblar.