Sakinlərə “kupça” paylandı

sakinlere-kupca-paylandi
Oxunma sayı: 765

Əmlak Məsələləri Dövlət Komitəsinin «Kütləvi çıxarış» kampaniyasından Sumqayıtda yerləşən “Kristal Abşeron”a məxsus 5 hündürmərtəbəli binadan ibarət yaşayış kompleksinin sakinləri yararlanıb. 

Komitədən “Qafqazinfo”ya daxil olan xəbərə görə, bu kampaniya hər biri 1 bloklu 12 mərtəbəli yaşayış binalarının həyətində, sakinlərin bir başa ünvanında keçirilib. Ümumilikdə 91 mənzilli yaşayış kompleksinin həyətində komitənin mobil ofisləri vasitəsilə 60-a yaxın mənzil sahibinə hazır çıxarışlar təqdim edilib. Qalanlarından isə çıxarışla əvəz olunması üçün ilkin mülkiyyət sənədləri qəbul edilib, onlara hüquqi yardım göstərilib.