Avtomobildə olanların kömək üçün xeyli adam çağırması vəziyyəti daha da qəlizləşdirib. “BMW-X6” markalı maşında gələnlər insident zamanı odlu silahdan da istifadə ediblər. Onlar qəsəbə sakinlərinə silah çəkərək atəş açıblar.
“Qafqazinfo” xəbər verir ki, Virtualaz.org-un qiyməti 130 min manat olan “BMW-X6” markalı avtomobilin kimə məxsus olmasını, dövlət nömrə nişanını öyrənmək cəhdləri baş tutmayıb.
Belə ki, bu sualla müraciət etdiyimiz Bakı Şəhər Dövlət Yol Polisindən sualı eşidən kimi qəribə reaksiya gördük. İdarədən bununla bağlı heç bir açıqlama vermək istəmədiklərini deyərək dəstəyi əsəbi şəkildə asdılar. Nə maşının nömrəsini vermədilər, nə də onun sahibinin kim olmasına aydınlıq gətirmədilər.
Görünür, sözügedən avtomobilin sahibi yenə hansısa yüksək rütbəli məmurun balası, ya da “çox hörmətli” oliqarxın övladıdır. Əks təqdirdə yol polisinin bu qəzəbli reaksiyanı heç cür başa düşmək mümkün deyil.
Son xəbərlər
Son Xəbərlər