Dünya şöhrətli kolumbiyalı müğənni Şakira koronavirus pandemiyası ilə əlaqədar öz doğma şəhəri Barrankilyaya kömək edib. “Qafqazinfo “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə şəhər meri Hayme Pumareho Tvitterdə yazıb.
Müğənni şəhər sakinləri üçün 50 min N95 maskası və 10 ədəd süni tənəffüs aparatı ianə edib. İfaçıya təşəkkürünü bildirən şəhər meri qeyd edib ki, Şakira həm dünyada ən çox sevilən sakinlərdən, həm də bu şəhəri ən çox sevənlərdən biridir.
Buna cavab olaraq, müğənni merə və onun komandasına kömək etdiklərinə görə təşəkkür edib. Qeyd edək ki, ianə "Mən həmrəyəm, mən Barrankilyayam" kampaniyası çərçivəsində edilib. Kampaniya müddətində şəhər sakinləri koronavirusa yoluxmuş xəstələrin sağlamlığına qayğı göstərmək və onların sağalmalarına nail olmaq üçün zəruri şeyləri ianə edirlər.
Son xəbərlər
Son Xəbərlər