“Qafqazinfo” magazine.com-a istinadən xəbər verir ki, Saşa Pike Mebarak adlı uşağın şəkli cütlüyün xeyriyyə məqsədi ilə açılmış saytlarında yer alıb. Sayt hələ körpə dünyaya gəlməmiş yaradılıb. Hər kəs bu sayt vasitəsilə hesaba pul yatıraraq kimsəsiz uşaqlara kömək edə bilər.
Saşa Pike yanvarın 29-da Barselonadakı xəstəxanalardan birində düyaya gəlib. O, Şakira və Pikenin ikinci oğludur. Eyni xəstəxanada iki il bundan əvvəl cütlüyün ilk övladı Milan doğulub.
Son xəbərlər
Son Xəbərlər