Şakiranın oğlu oldu, prezident sevindi

sakiranin-oglu-oldu-prezident-sevindi
Oxunma sayı: 707

“Qafqazinfo”nun məlumatına görə, Şakira yanvarın 22-də İspaniyanın Barselona şəhərində, yerli vaxtla 21.36-da oğlunu dünyaya gətirib. Təqribən 3 kiloqram olan uşağa Şakira və körpənin atası Xerard Pike Milan adını veriblər. Şakiranın oğlu da atası kimi Milan da doğulan kimi “Barselona”nın üzvü olub.

Hətta Kolumbiya prezidenti Xuan Manuel Santos ifaçı Şakira və futbolçu Pikeni təbrik edib. Təbrikdə deyilir: “Mən, ailəm və bütün Kolumbiya xalqı adından Şakira ilə Xerard Pikeni səmmimi qəlbdən təbrik edirəm”.

Qeyd edək ki, Şakiranın oğlunun atası İspaniyanın “Barselona” klubunun oyunçusu Xerard Pikedir.

Aynur B.